Müasir təlim texnologiyalarının tətbiqi formaları
Sentyabrın 26 – da Bakı şəhəri 36 № - li tam orta məktəbin birgə təşkilatçılığı ilə “Tədrisdə xüsusi distant texnologiyalarının istifadə sistemlərinin inkişaf və iş prosesində müasir təlim texnologiyalarının tətbiqi formaları” adlı layihə çərçivəsində təlimə başlanıldı.
Təlimdə hər iki məktəbin direktoru, layihələr üzrə ekspert təlimçi Ramil Süleymanov və ayrı – ayrı fənn blokları üzrə 30 nəfər müəllim iştirak etdi.
Təlimin keçirilməsi 3 gün müddətində nəzərdə tutulmuşdur.