21 Sentyabr – Beynəlxalq Sülh günüdür

 

Məktəbin müəllim və şagird heyəti Beynəlxalq Sülh günü ilə əlaqədar olaraq “Sülh aylığı” çərçivəsində müxtəlif istiqamətlərdə tədbirlər planı həyata keçirildi. Şagirdlər arasında “Biz sülh istəyirik” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.

Məktəbin fiziki tərbiyə müəllimlərinin rəhbərliyi ilə “Sülh aylığı”na həsr olunmuş idman (dama, şahmat) yarışları keçirilmişdir.

İbtidai sinif şagirdləri öz sülh arzularını əzbərlədikləri şeirlər, oxuduqları sülh məzmunlu mahnılarla ifadə etdilər. “Sülh aylığı” çərçivəsində keçirilmiş tədbirlərin yekununda istedadlı şagirdlər tərəfindən rəngli təbaşirlə asfalt üzərində çəkdikləri rəsmlərlə sülh arzularını, istəklərini ifadə etdilər, kağızdan düzəltdikləri sülh simvolu olan ağ göyərçinləri nümayiş etdirdilər.

4ç sinif şagirdləri  hazırladıqları videçarxları informatika dərsində nümayiş etdirdilər.

Sülhün qorunması, insanların əmin – amanlıqla yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu tarix boyu bəşəriyyətin amalı olmuşdur.

Qoy həmişə ölkəmizdə sülh olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi