Diaqnostik qiymətləndirmə
Şagirdlərin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək və onların potensial imkanlarına uyğun təlim strategiyasını seçmək məqsədi ilə siniflərdə ayrı – ayrı fənlər üzrə diaqnostik qiymətləndirmənin keçirilməsi davam edir.
Sentyabrın 20 – də V - IX siniflərlə yanaşı tam orta təhsilin təmayüllər üzrə təşkil edildiyi “texniki” və riyaziyyat – iqtisadiyyat – humanitar” siniflərində təmayül istiqamətləri üzrə diaqnostik qiymətləndirmə aparıldı.
Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimləri tərəfindən müəyyənləşdirilmişdi.