Bilik günü

Sentyabrın 15 – də məktəbdə təntənəli bilik günü keçirildi. Tədbir təhsil nazirinin “Bilik günü”nün qeyd edilməsi ilə bağlı müvafiq sərəncamına uyğun olaraq 08:00 – da dövlət himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru ötən tədris ilində qazanılan uğurlardan, növbəti dərs ilindəki hədəflər və gözləntilərdən danışdı.

Şagirdləri və pedaqoji kollektivi təbrik edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva sentyabrın 15 – də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılardan azad edilməsinin 100 - cü ildönümündən  də söz açdı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov dövlətin təhsilə göstərdiyi diqqət və qayğılarından danışaraq şagird və müəllim heyətinə xoş arzularını bildirdi.

Tədbir şagirdlərin ifasında mahnılar, rəqs nümunələri və “Vətən” kompozisiyalarının təqdimatı ilə davam etdi.

2018 – ci il məzunlarından 600 – dən yuxarı bal toplayan tələbələr də iştirak etdilər. Çıxış edərək məktəbin rəhbər və müəllimlərinə təşəkkürlərini bildirdilər. Tələbələr hədiyyələrlə təbrik edildi.

Sonda “Cümhuriyyət” mahnısı səsləndi. Ənənəvi olaraq ilk zəng çalındı və şagirdlərin məktəblə tanışlığı təmin edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi