Bölmə iclası
Sentyabrın 13-də 283 №-li tam orta məktəbdə Binəqədi rayon məktəblərinin bölmə iclasları keçirildi.
Təlimə Dəstək Mərkəzinin əməkdaşları Təhsil Nazirliyinin 30 avqust 2018 – ci il tarixli F-579 № əmrindən irəli gələn tapşırıq və tövsiyələri müəllimlərin nəzərinə çatdırdırlar.
Müəllimlərin peşə keyfiyyətinin artırılması, onların yaradıcı potensialının aşkar və inkişaf edilməsi, metodiki işin düzgün planlaşdırılması istiqamətində müzakirələr aparıldı.