1 № - li pedaqoji şura
Sentyabrın 13 – də 2018 – 2019 – cu tədris ilinin 1 № - li pedaqoji şura iclası keçirildi.
Gündəlik məsələlər ətrafında geniş məruzələr dinlənildi, təhlil edildi, çıxışlar əsasında müvafiq qərarlar qəbul edildi.
Məktəbin direktoru ümumi təhsil sahəsində 2018 – 2019 – cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri və 12 sentyabr 2018 – ci il tarixində keçirilən təhsil işçilərinin sentyabr konfransında ümumtəhsil məktəblərinin qarşısında qoyulan məsələləri pedaqoji kollektivin nəzərinə çatdırdı.
İclasın sonunda SPEX layihəsini uğurla başa vuran ingilis – dili müəllimlərinə beynəlxalq sertifikatlar təqdim edildi.