Təmayül siniflərin valideynləri ilə görüş
Sentyabrın 7 – də məktəbin 2018 – 2019 – cu tədris ilində nəzərdə tutulmuş siniflərin valideynləri ilə məlumat xarakterli iclas keçirildi.
İclasda “texniki” və “humanitar və riyaziyyat – iqtisadiyyat” təmayüllü siniflərdə fənləri tədris edən müəllimlər, sinif rəhbərləri və valideynlər iştirak etdi.
Məktəbin direktoru tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilindən, təmayülləşmənin tətbiqinin şagirdlərin meyil və arzularına uyğun olduğundan təlimə marağın artmasından, məktəblilərin təhsil nailiyyətlərinə mübət təsirindən, gözləntilərdən və xüsusən şagirdlərin repititor xidmərlərindən istifadəsinin kifayət qədər azalması hallarından və s. geniş məlumat verdi.
Valideynləri maraqlandıran bütün suallar fənn müəllimləri və məktəb rəhbərliyi tərəfindən cavablandırıldı.