Fərqlənən məzunlar

23 iyun 2018 – ci il tarixində məktəb rəhbərliyinin DİM – in ali məktəblərə qəbul imtahanının birinci mərhələsində 600 – dən yuxarı bal toplamış məzunlarla görüşü keçirildi.

İmtahan nəticələrinə görə 7 nəfər şagird – Aytac Abbasova, Elnur Abdullazadə, Mühəmməd Nəsibli, Rəşad Səfərəliyev, İbrahim Məmmədsadıqov, Nizgan Cəbiyeva, Kamran Həsənov 600 – dən çox, bunlardan 4 nəfər isə 650 –dən yüksək bal toplamışdır.

Görüşdə məktəb rəhbərliyi ilə yanaşı fənn müəllimləri, sinif rəhbərləri və valideynlər də iştirak etdilər.  Məktəbin direktoru Tünzalə Zeynalova məzunlara öz ürək sözlərini söyləyərək onlara qarşılarına qoyduqları hədəflərə çatmaq üçün səylə çalışmalarını, harda olmalarından asılı olmayaraq vətəni ləyaqətlə təmsil etmələrini tövsiyə etdi. Çıxış edən hər bir məzun məktəbə, müəllimlərə olan hörmət və ehtiramlarını ifadə edərək seçdikləri sahədə uğur qazanmaq üçün dərin biliklərə yiyələnmələrini bildirdilər. Görüşün sonunda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi