5  №- li Pedaqoji Şura

22 iyun 2018 – ci il tarixdə fəaliyyət planına uyğun olaraq 5 №– li Pedaqoji Şura iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova 2017 – 2018 – ci tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi ilə əlaqədar məktəbdə görülmüş işlərin hesabatı” mövzusunda geniş məruzə etdi.

 İclasda məktəbin illik yekun hesabatı , şagirdlərin sinifdən – sinfə keçirilməsi və buraxılış imtahanında iştirakı, I – IV siniflərdə oxuma – anlama bacarığı, məktəbəhazırlıq qruplarının uşaqları ilə aparılmış işlərin nəticələri, eyni zamanda 2017 – 2018 – ci tədris ili üçün ilkin dərs bölgüsü , evdə təhsilə cəlb edilmiş şagirdlərlə işin təşkili haqqında, sinif jurnallarının işlənməsi vəziyyəti  haqqında məktəbdənkənar və sinifdənxaric işlərin hesabatı və məktəbin tədris – texniki təchizatı, maliyyə - təsərrüfat sahəsində görülən işlər və qarşıda duran məsələlər müzakirə edildi və məsələlər ətrafında çıxışlar dinlənildi. Pedaqoji Şura məruzə və çıxışlarla bağlı müvafiq qərarlar qəbul etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi