Son  zəng

   14 iyun 2018 – ci il tarixində ənənəvi “Son zəng” tədbiri keçirildi. Bu il 35 nəfər şagird məzun adını qazandı.

Tədbirdə Binəqədi rayonu İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Respublikası Təhsil İnstitutunun Milli və Beynəlxalq Qiymətləndirmə Tədqiqatlar şöbəsinin baş mütəxəssisi və 283 № - li tam orta məktəbin məzunu Tofiq Sadıxov, valideynlər və müəllimlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova 2017 – 2018 – ci tədris ilinin "Təhsildə Keyfiyyət İli"  elan olunması ilə əlaqədar məktəbdə görülən işlərdən və qazanılmış uğurlardan bəhs edərək məzunları təbrik etdi. Bu ilki son zəngin Şərqdə ilk demokratik Respublika -  Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bir vaxta təsadüf etdiyini böyük qürur hissi ilə qeyd edən Tünzalə xanım DİM – in qəbul imtahanlarının I mərhələsindən 600 – dən yuxarı bal toplamış 7 nəfər məzunu tədbir iştirakçılarına təqdim etdi. Binəqədi rayonu İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov rayon icra hakimiyyəti adından məzunları, onların valideynlərini təbrik edərək, məzunlara təhsildə uğurlar arzuladı. XI sinif məzunları öz maraqlı və məzmunlu çıxışlarında vətənə, müəllimlərə, məktəbə olan hörmət və sevgilərini ifadə etdilər. İbtidai sinif şagirdləri mahnı, rəqs və şeir nümunələri ilə məzunları təbrik etdilər.

Tədbirin sonunda məzunlar sülh rəmzi olan göyərçinləri səmaya buraxaraq “Azərbaycan mahnısının sədaları altında tədbiri yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi