1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

             1 iyun 2018 – ci il tarixində məktəbin ibtidai sinif müəllimi Rəfiqə Zeynalovanın təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirildi. Tədbir ibtidai siniflərin IV sinif şagirdləri və məktəbəhazırlıq qrupunun uşaqlarının iştirakı ilə hazırlanmışdı.  Dövlət himninin səslənməsindən sonra uşaqlar “Sülh nəğməsi” rəqsi və mahnısı ilə tədbir iştirakçılarını salamladılar.

             Şagirdlər bir çox dünya xalqlarının (türk, alman, fransız, ingilis, rus) dillərində söylədikləri şeirlərdə, mahnılarda sülh, əmin – amanlıq arzularını, dostluq, qardaşlıq istəklərini ifadə etdilər. Tədbir boyunca Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, I vitse – prezident Mehriban xanım Əliyevanın uşaqların qayğısı, müdafiəsi sahəsində gördükləri işlərdən bəhs olundu və videoçarxlar nümayiş etdirildi. “Sehirli xalat” filminin qəhrəmanları keçmiş dövrdən indiki dövrümüzə qədər səyahət edərək uşaqların o dövrdəki yaşayış tərzi ilə bu günə qədər olan həyat səviyyəsini müqayisəli canlandırdılar. Müstəqil Azərbaycan Respubilkasında hər bir uşağın hüququnun qorunmasını, istər dövlət, istərsə də ailə tərəfindən müdafiə olunmasını qeyd etdilər. Uşaqların təhsil, istirahət, təhlükəsizlik, sağlamlıq, bərabərlik hüquqları dövlət tərəfindən təmin olunur.

           IV sinif şagirdləri ibtidai sinif pilləsini başa vurması, məktəbəhazırlıq qrupunun uşaqlarının ibtidai təhsil pilləsinə qədəm qoyması münasibətilə valideynlər və müəllimlər öz təbriklərini bildirdilər. Evdə təhsilə cəlb olunmuş IV sinif şagirdi Quliyev Vahidin 1 iyun tarixinə ad günü təsadüf etdiyi üçün sinif yoldaşları tərəfidən hədiyyə təqdim olundu.

             Məktəblilər onları qoruyan, qayğısına qalan analarına təşəkkür edərək gül hədiyyə etdilər.

           Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova cari tədris ilində ölkəmizin tarixində mühüm hadisələrin baş verdiyini, “Cümhuriyyət ili” kimi tarixə düşdüyünü qeyd  edərək məktəbin təhsil sahəsində qazandığı uğurları qeyd etdi.  Uşaqları bayram münasibətilə təbrik edən məktəb direktoru onlara təhsil uğurları arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi