İnsan hüquqları

   Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə hər il 18 iyun “İnsan Hüquqları Günü” kimi qeyd olunur.

    Bununla əlaqədar mayın 18 – dən iyunun 18 – dək respublikamızda  “İnsan Hüquqları aylığı”  elan edilmişdir.Məktəbdə aylıq çərçivəsində tədbirlərin həyata keçirilməsi məqsədilə tədbirlər planı hazırlanmışdır.

   31 may 2018 – ci il tarixdə insan hüquqları, hüquq bərabərliyi  üzərində qurulmuş multikulturalizm dəyərlərini  təbliğ edən mövzulara həsr olunmuş dəyirmi masa keçirildi.

   Şagirdlər insan hüquqları  və insan haqları, uşaq hüquqları haqqında Konvensiya, qadın hüquqları haqqında bilgilərini bölüşdülər.Videoçarxların vasitəsi ilə nümayiş olunan slaydlar verilmiş məlumatları daha da dolğun etdi.Ulu Öndər Heydər Əliyevin “Əgər hər hansı ölkənin xalqları öz  hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar” – dahiyanə fikirləri ilə tədbir başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi