Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təqdimatlar

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı məktəbin fəaliyyət planına əsasən silsilə tədbirlər keçirilməkdədir.  Növbəti tədbir 30 may 2018 – ci il tarixində Xalq Cümhuriyyətinə həsr olunmuş  təqdimatların dinlənilməsi oldu.

Dövlət himninin səslənməsindən sonra şagirdlərin çıxışları başlandı.  Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən bu günə qədər müstəqil dövlətimizin keçdiyi şanlı səhifələr vərəqləndi. Təqdimatlar  “Azərbaycan Xalq Cümhuriyyəti dövründə  dövlət quruculuğu”,  “təhsil və maarif məsələləri”,  “ordu quruculuğu”, “səhiyyə”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə nazirlərimiz”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu” mövzusunda oldu.  Əhatəli və dərin məzmunlu təqdimatlar müəllimlər və şagirdlər tərəfindən maraqla qarşılandı. Şagirdlər təqdimatlar zamanı elektron resurslardan istifadə etməklə topladıqları materialları daha da məzmunlu etdilər. Heydər Əliyev fondunun təşkilatçılığı ilə çəkilmiş “Son iclas” filmindən fraqmentlər də göstərildi.

Sonda məktəbin direktoru Tünzalə Zeynalova Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı respublika məktəblərində silsilə tədbirlərin keçirildiyini, o cümlədən məktəbmizdə keçirilmiş tədbirlərin içərisində bu təqdimatların ən səmərəli və əhəmiyyətli olmasını qeyd etdi.

Məktəbin direktoru təqdimatların müxtəlif formatda olmasını, şagirdlər üçün yararlı məlumatların verilməsini alqışlayaraq öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi