Azərbaycan Xalq Cümhuriyyəti – 100 Ümumməktəb tədbiri

25 may 2018 – ci il tarixində Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirildi. Məktəbin həyətində təşkil olunmuş bayram tədbirində müəllimlər, şagirdlər, valideynlər iştirak etdi.

Tədbir dövlət himninin səslənməsi və üçrəngli bayrağın gətirilməsi ilə başlandı. Məktəbin direktoru Tünzalə Zeynalova 2018 – ci ilin “Cümhuriyyət ili” elan olunması ilə əlaqədar məktəbdə bir neçə istiqamət üzrə tədbirlər planının hazırlanması və bugünkü tədbirin də həmin planın tərkib hissəsi olduğunu qeyd edərək Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixindən danışdı.  X sinif şagirdi Mahmud Mahmudovun “Dalğalan, ey Bayraq”,  IV sinif şagirdləri Ayla Qasımovanın və Nihad Bağırzadənin ifasında “Yaşa mənim xalqım” mahnısı alqışlarla qarşılandı.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. İbtidai sinif şagirdləri “Bayraq” rəqsi ilə tədbiri daha da rəngləndirdilər.

Tədbir böyük ruh yüksəkliyi və coşqu ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi