İstiqlalımızın əbədi günəşi

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planına uyğun 24 may 2018 – ci il tarixində məktəbdə “İstiqlalımızın əbədi günəşi” mövzusunda ədəbi – bədii kompozisiya keçirildi.

Məktəbin direktoru Tünzalə Zeynalova tədbir iştirakçılarını Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edərək 23 ay ömür sürən ilk müstəqil Azərbaycan dövlətinin bugünkü Müstəqil Azərbaycan  dövləti üçün təməl olduğunu qeyd etdi.

Şagirdlər XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün tarixin misilsiz hədiyyəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, siyasi – iqtisadi, mədəni sahədə görülmüş işlər, Cümhuriyyətin yaradılmasında və fəaliyyətində əvəzsiz xidmətləri olan böyük tarixi şəxsiyyətlər haqqında geniş və ətraflı məlumatlar verdilər. Şagirdlərin ifasında “Azərbaycan – Türkiyə”, “Can Azərbaycan”, “Bayraq”, “Yaşa, Azərbaycan” mahnıları və vətənpərvərlik mövzusunda şeir və səhnəcikləri maraqla qarşılandı.

Tədbir Cümhuriyyətin növbəti ildönümünü Qarabağda keçirmək ümidi ilə yekunlaşdı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi