Azərbaycan Xalq Cumhuriyyətinə həsr olunmuş dərslər

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər planına əsasən məktəbdə 23 may 2018 – ci il tarixində tarix müəllimlərinin açıq dərsləri keçirildi. Dərslərdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Tarix müəllimi Saday Qasımovun 9b, Rəhilə Heydərlinin 10b, Mirvari Mirzəyevanın 8d (rus bölməsi), Əfsanə Abdıyevanın  6a sinfində Cumhuriyyətin 100 illiyinə həsr olunmuş dərsləri maraqla qarşılandı.  Şagirdlər Cumhuriyyət dövründə siyasi – iqtisadi, mədəni sahədə görülmüş işlər haqqında topladıqları məlumatları yoldaşları ilə bölüşdülər. Bayraq, Vətən, Ordu haqqında şeirlər və mahnılar səsləndirdilər.

Ulu öndər Heydər Əliyevin “Biz Azərbaycan Xalq Cumhuriyyətinin siyasi və sədaqətli varisləriyik” – fikri ilə davam etdirilən dərslərdə Cumhuriyyətin qısa fəaliyyəti dövründə yarımçıq qalmış işlərinin Müstəqil Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi qeyd olundu.  Azərbaycan Xalq Cumhuriyyətinin Müstəqillik yolunda şərəflə addımlayan dövlətimizin fəaliyyətini əks etdirən videogörüntülər də nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi