Sınaq qiymətləndirmə
Məktəbin fəaliyyət planının 1.1.34 – cü bəndinə müvafiq olaraq IX siniflərdə ana – dili və riyaziyyat fənləri üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin, ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq vəziyətinin öyrənilməsi məqsədilə 18 may 2018 – ci il tarixində sınaq qiymətləndirmə keçirildi.
Həm rus, həm də Azərbaycan bölməsi üzrə şagirdlər hər fəndən 15 sual olmaqla 30 test tapşırığını icra etdilər. Şagirdlərə bilik və bacarıqlarını nümayiş etdirmək üçün lazımi şərait yaradıldı.