Azərbaycan – İngiltərə Dostluğu

 “Təhsildə keyfiyyət ili” çərçivəsində 16 may 2018 – ci il tarixində məktəbin ingilis dili müəllimlərinin təşkilatçılığı ilə “Azərbaycan – İngiltərə Dostluğu” adlı tədbir keçirildi.

 Tədbirdə Bakı üzrə Təhsil İdarəsinin İnkişaf  Lahiyələri sektorunun əməkdaşı Səkinə Ağalarova, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Azərbaycan Respublikası Təhsil İnstitutunun Milli və Beynəlxalq Qiymətləndirmə Tədqiqatlar şöbəsinin baş mütəxəssisi Tofiq Sadıqov,  məktəbin müəllim, valideyn və şagird heyəti  iştirak etdi.

 Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin  23 aylıq fəaliyyətindən və onun yarımçıq qalan ideyalarının 1991 – ci ildə yaranmış Müstəqil Azərbaycan Respublikası tərəfindən  yerinə yetirilməsi və ölkə başçısının sərəncamı ilə müstəqilliyimizin 100 illiyinə həsr edilmiş çıxışların, videoçarxların nümayiş olunması ilə  başlandı.

 Təhsil Nazirliyi və Britaniya səfirliyinin birgə layihəsi olan SPEX – də məktəbin əksər ingilis dili müəllimləri iştirak etmiş və həmin layihənin nəticəsi olaraq şagirdlər tədbirdə ingilis dilində şeir söyləyib, mahnı oxumaq bacarıqlarını nümayiş etdirdilər .

 Dahi dramaturq və şair Vilyam Şekspirin “Kral Lir”,” Hamlet” əsərindən, Azərbaycanda “Göyçək Fatma”,  Avropada  “Sinderellea kimi adlanan nağıldan, eyni zamandan dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı”  hekayəsindən səhnəciklər göstərildi, ingilis şairi Corc Bayronun şeirləri, Səməd Vurğunun “Azərbaycan” şeiri ingilis dilində məharətlə söylənildi .  VIII sinif şagirdinin ifasında “Sarı gəlin” mahnısının  həm Azərbaycan,  həm də ingilis dilində səslənməsini qonaqlar alqışlarla qarşıladılar.

 Tədbir “Qoy həmişə günəş olsun”, “Biz qalib gələcəyik”, “Azərbaycan” mahnılarının üç dildə səslənməsi ilə başa çatdı.

 Tədbirin sonunda ingilis dilində çıxış edən BakıŞəhəri üzrə Təhsil İdarəsinin SPEX lahiyələri üzrə koordinatoru Səkinə Ağalarova və Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva şagirdlərin ingilis dilində danışıq bacarıqlarına münasibət bildirərək, onların ingilis dili bilgilərini alqışladılar və şagirdlərdə ingilis dilinə  marağın yaradılmasının, inkişaf etdirilməsinin Təhsil Nazirliyi tərəfindən də prioritet məsələ olduğunu vurğuladılar. Bu istiqamətdə işin daha da gücləndirilməsini tövsiyə edərək təşkilatçılara təşəkkürlərini bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi