Faydalı olaq

11 may 2018 – ci il tarixində məktəbdə “Pətək” İB, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və TİKA - nın təşkilatçılığı ilə Bakı şəhər məktəbləri arasında “Sağlam davranış” layihəsi çərçivəsində sərgi – müsabiqə həyata keçirildi.

Sərgidə “Yeni nəslin Mənəvi Tərbiyəsi” İB – nin sədri Sevinc Əsgərova, “Pətək” İB – nin layihələr şöbəsinin rəhbəri Xuraman Əsgərova, layihə rəhbərinin köməkçisi İlhamə Yusifova, məktəb rəhbərliyi, müəllim, valideyn və şagirdlər iştirak etdilər. Sərgidə məqsəd şagirdlərdə əməyə məhəbbət, əmək adamlarına hörmət hissi aşılamaq, şagirdlərin asudə vaxtlarını səmərəli keçirmək, şagirdlərdə etiket qaydalarını formalaşdırmaq, hər situasiyadan çevik qərarlar qəbul edərək düzgün nəticə çıxarmaq, müxtəlif dilləri şagirdlərə sevdirmək və s. olmuşdur.

Sərgidə şagirdlər müxtəlif nominasiyalar üzrə əl işləri: divar qəzetləri, muncuq, hörgü və kağızla əl işləri, “ikinci həyat”, nümunəvi davranışları əks etdirən şəkillərlə bəzədilmiş ağac, şagirdlər tərəfindən hazırlanmış Azərbaycan gözəlliklərinin qorunmasını əks etdirən foto albomlar, faydalı davranış nümunələrini əks etdirən modellər, maketlər, kompozisiyalar, müasir texnologiyalardan düzgün istifadə qaydalarının təqdimatı, heyvanları sevdirmək məqsədilə təşkil edilmiş canlı guşə nümayiş etdirildi.

Sərginin yekununda şagirdlərin hazırladığı “Yol ayrıcı” tamaşası hər kəsin diqqətinə və marağına səbəb oldu. Tamaşada əsas obrazın – insanın xeyir və şərlə mübarizəsi ön plana çıxarıldı. Yaradılmışların ən ali varlığı olan insanın şərlə mübarizə apararaq iki yol ayrıcında öz yolunu düzgün seçimi ilə gözəlləşdirdiyini və bunun insanın öz əlində olduğu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

"Faydalı olaq" layihəsi çərçivəsində hazırlanmış sərgi - müsabiqə qonaqlar, müəllimlər və şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi