Adını tarixə yazan DAHİ

8 may 2018 – ci il tarixində məktəbin tarix müəllimi Əfsanə Abdiyevanın təşkilatçılığı ilə Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şərəfli həyat və fəaliyyətini əks etdirən fotolar və kitab sərgisi ilə tanış oldular.

 Şagirdlər görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin Azərbaycanda müasir demokratik, hüququ və dünyəvi dövlət qurucusu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli – mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı sahəsində  gördüyü işlər haqqında məlumatlar verdilər, videoçarxlar, şeir və səhnəciklər təqdim etdilər.

 Sonda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova tədbirin təşkilatçıları olan müəllim və şagirdlərə geniş, məzmunlu tədbir hazırladıqlarına görə təşəkkürünü bildirdi. O, adını tarixə yazan Dahi – Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixindəki xidmətlərindən, gənc nəslə örnək olan fəaliyyətindən söz açaraq şagfirdlərə Ulu Öndər irsinin öyrənilməsi istiqamətində daha çox oxumağı tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi