Məktəbdə Mülki Müdafiə günü

Məktəbin 2017 – 2018 – ci il Mülki Müdafiə hazırlığı üzrə tədbirlər planına əsasən 4 may 2018 – ci il tarixində Mülki Müdafiə günü keçirildi. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayon şöbəsinin inspektoru Müşfiq Məmmədov, I Ərazi  Dövlət Yanğına Nəzarət İdarəsinin baş inspektoru, daxili xidmət mayoru Cəfər Musayev, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etdilər.

X – XI sinif şagirdləri fövqəladə hadisələr zamanı xilasetmə işləri, yanğınsöndürmə, ilk tibbi yardımın göstərilməsi qaydalarını nümayiş etdirdilər.  V – VI siniflərdə Mülki Müdafiə üzrə açıq dərslər keçirildi.

Tədbir qonaqların və məktəb direktorunun yekun çıxışı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi