İngilis dili dərslərində
Məktəbin fəaliyyət planına uyğun olaraq ingilis dili aylığı çərçivəsində fənn üzrə məzmun standartlarının reallaşma səviyyəsinin, eləcə də, tədris prosesində müasir təlim metod və texnologiyalarının tətbiqi vəziyyətinin, müəllimlərin pedaqoji səriştəlik və peşəkarlıq səviyyəsinin öyrənilməsi məqsədilə dərslər dinlənildi.
26 aprel 2018 – ci il tarixində ingilis dili müəllimi Sevinc Xudiyevanın 5a sinfində “Mənim sevimli heyvanım”, İlahə Hacıyevanın 4ç sinfində “Aylar və günlər”, Nailə Yusifovanın 6a sinfində “Planetlər” mövzusunda keçdikləri dərslər məktəb rəhbərliyi və ingilis dili fənni üzrə metodbirləşmə sədri tərəfindən dinlənilib təhlil olundu və müvafiq tövsiyələr verildi.