Monitorinq
“Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Təlimə Dəstək Mərkəzi tərəfindən məktəbdə fənlərin tədrisi vəziyyətini yoxlamaq üçün 25 aprel 2018 – ci il tarixində IX siniflərdə riyaziyyat və ingilis – dili fənləri üzrə monitorinq keçirildi. Məktəb rəhbərliyi monitorinqin obyektiv, şəffaf şəkildə keçirilməsi, şagirdlərin sərbəst işlərinin təmin olunması üçün zəruri şərait yaradıldı. 10:30 – da başlayan monitorinq bir saat davam etdi.
Sonda şagirdlərin yazı işləri imtahan rəhbərlərinə təhvil verildi.