Gəlin birgə oxuyaq

 20 aprel 2018 – ci il tarixində  “Oxu həftəsi”  çərçivəsində şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülün, məntiqi təfəkkürün və mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq növbəti  “Oxu günü” keçirildi.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Türk Yazarları Birliyi Məsləhət Şurasının başqanı, Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair - publisist Əkbər Qoşalı, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.

  Qonaqlar əvvəlcə dəhlizdə yaradılmış sərgi ilə tanış oldular. Şagirdlərin Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılıqlarından,  eyni zamanda onların əsərlərindən bəhs edən müzakirələrində iştirak etdilər.

 Daha sonra məktəbin kitabxana müdiri Sevinc Rəhimovanın təşkilatçılığı ilə Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun “Heykayəti Müsyö Jordan Həkimi – Nəbabət və Dərviş Məstəli Şah Cadükuni Məhşur” pyesindən səhnələşdirilmiş hissələr şagirdlər tərəfindən təqdim olundu.

 Tədbirin sonunda məktəbin direktoru və şair, publisist Əkbər Qoşalı çıxış edərək  şagirdlərdə mütaliə mədəniyyətinin, oxu vərdişlərinin formalaşdırılması, kitaba marağın düzgün istiqamətləndirilməsi və artırılması sahəsində görülən işlərə görə tədbirin təşkilatçılarına və yüksək həvəslə öz rollarını təqdim edən şagirdlərə təşəkkürlərini bildirdilər.  “Gəlin birgə oxuyaq” şüarı altında olan bu səpkidə tədbirlərin davamlı olmasını tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi