Açıq dərslər

17 aprel 2018 – ci il tarixində Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə məktəbdə təbiət fənləri və fənn bloku üzrə açıq dərslər keçirildi.

Dərslərin dinlənilməsi Təlimə Dəstək Mərkəzinin  əməkdaşları – Coğrafiya fənni üzrə Təranə İsmayılova, Həyat bilgisi fənni üzrə  Roza Rüstəmova, Biologiya fənni üzrə Tahirə Qədimova, Kimya fənni üzrə Xuraman Əliyeva, Təsviri incəsənət fənni üzrə Xatirə Xudiyeva, eyni zamanda rayon üzrə müxtəlif məktəblərdən dəvət olunmuş ixtisas müəllimlərinin iştirakı ilə keçirildi.  Biologiya müəllimi Nəzakət Məmmədovanın 9a sinfində “Ətraf mühitin çirklənməsi”,  Kimya müəllimi Vüsalə Səfərlinin 7c sinfində “Hidrogenin kimyəvi xassələri və tətbiqi”,  Həyat bilgisi müəllimi Xuraman Rzayevanın 6ç sinfində “Yoluxucu xəstəliklərdən qorunmaq”, Coğrafiya müəllimi Xalidə İsmayılovanın 10b sinfində “Azərbaycanın geoiqtisadi mövqeyi”, Təsviri incəsənət müəllimi Hicran İsmayılovanın 5c sinfində “Keramika”  mövzularında keçdikləri açıq dərslərin təhlili zamanı Təlimə Dəstək Mərkəzinin əməkdaşları və ixtisas müəllimləri standartların reallaşdırılması, mövzunun, təlim nəticələrinin standartlara uyğunluğu, təlimin forma və üsullarından, resurslardan məqsədəuyğun istifadə olunması ilə bağlı müsbət rəylər söyləməklə yanaşı, müvafiq tövsiyə və təkliflərini də verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi