Məktəbin şagirdi beynəlxalq rəqs çempionatında

Paytaxt məktəbliləri milli rəqslər üzrə Avropa çempionatında iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri Rusiyanın Moskva şəhərində 53 ölkədən 5 mindən artıq rəqqasın iştirak etdiyi yarışın nəticələrinə görə ilk beşlikdə qərarlaşıb.

Yarışda duet rəqslər üzrə 283 nömrəli tam orta məktəbin şagirdi Ayla Güləlizadə II, 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Nərgiz Məmmədova III yerə sahib olub. Klassik Gimnaziyanın digər şagirdi Nuray Hüseynli isə fərdi çıxışına görə II yerə layiq görülüb.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi