İngilis dili dərslərində
12 aprel 2018 – ci il tarixində ingilis dili fənninin tədrisinin öyrənilməsi aylığı çərçivəsində 7a sinfində Səlimova Pərvanənin “Rəqs, rəqsin növləri”, 3b sinfində Qəribova Fəzilənin “Mənim ailəm” mövzusunda dərsləri dinlənildi. Hər iki dərsdə müəllimlər müxtəlif iş forması, iş üsullarından istifadə etməklə tədqiqatın aparılmasını düzgün istiqamətləndirdilər və bununla da gözlənilən nəticəni əldə etməyə nail oldular.
Dərsin sonunda standartların məqsədəuyğun seçilməsi, motivasiya və tədqiqatın aparılması, nəticənin əldə edilməsi və qiymətləndirmə mərhələləri təhlil edilərək müvafiq tövsiyələr verildi.