Təbiət ilhama çağırır məni

04. 04. 2018 – ci il tarixində məktəbdə coğrafiya müəllimlərinin təşkilatçılığı ilə  "Təbiət ilhama çağırır məni” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə təbiətin Vətənimizə bəxş etdiyi biri – birindən gözəl qoruq və yasaqlıqlar haqqında müzakirələr  aparıldı və şagirdlər bu sahədə olan bilgilərini həm elektron, həm də şifahi olaraq təqdim etdilər.

Azərbaycanın tanınmış qoruqlarından olan Göygöl, Şirvan, Ağgöl, Şahdağ, Hirkan və bu kimi qoruqları haqqında IX, X sinif şagirdlərinin məruzələri və çıxışları dinlənildi. Həmçinin erməni təcavüzkarları tərəfindən işğal olunmuş dövlət – təbiət qoruq və yasaqlıqlarından olan Bəsitçay haqqında da şagirdlər ətraflı  məlumatlar verdilər.

Yeni bir məlumata əsasən 2007-ci ildə 52 palçıq vulkanı qoruq adını almış, həmçinin Azərbaycan Almaniya Federal hökumətinin qərarı ilə Qafqaz təşəbbüsü proqramı çərçivəsində Samur-Yalama Milli Parkının layihəsi hazırlanmışdır. Qızılağac dövlət qoruğu isə beynəlxalq əhəmiyyətinə görə UNESCO-nun  Romisar Konvensiyasının siyahısına daxil edilmişdir.

Sonda məktəbin direktoru və müəllimləri tədbir haqqında fikirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi