31 Mart – azərbaycanlıların soyqırımı günüdür

30 Mart 2018 – ci il tarixində məktəbin tarix müəllimi Aynur Fərəcovanın təşkilatçılığı ilə 1918 – ci il hadisələrinin 100 illiyinə həsr edilmiş dəyirmi masa keçirildi.

Tədbir Dövlət himninin səslənməsi ilə başladı. Şagirdlər 1918 – ci ildə vətənimizin başına gətirilən vəşhiliklər, kütləvi insan qırğınları haqqında geniş məlumatlar verməklə yanaşı soyqırıma həsr olunan şeirlər və kompozisiyalar təqdim etdilər.

 Məktəbin tarix müəllimi Saday Qasımov  31 Mart hadisələri ilə bağlı geniş məruzə edərək müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdiyini, uzun illər gizli saxlanılan həqiqətlərin açıldığını, təhrif edilən hadisələrin əsl qiymətini aldığını söylədi.

 Sonda məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək tariximizi daha dərindən öyrənməyi  və müstəqil dövlətimizin bugünkü gəncliyə yaratdığı imkanlardan istifadə edərək milli mənəvi dəyərlərimizi qorumağı və təbliğ etməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi