Şagirdlər “Duyğu yarpaqları” dərnəyində
29 mart 2018-ci il tarixində məktəbin “Duyğu yarpaqları” dərnəyinin rəhbəri Abbasova Elnarənin “İnqilabi satirik –“Hop-Hop” adlı mövzusunda növbəti dərnək məşğələsi dinlənildi.
Məşğələ zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır” sözləri ilə başladı.
Şagirdlər müxtəlif slaydlarla fitrən şair yaranmış sərbəst ruhlu şairin məşəqqətli həyat yolunu işıqlandırdılar, müxtəlif illərdə yazdığı şeirləri məharətlə söylədilər. Hətta bəzi şeirlər səhnəcik formasında təqdim olundu. Dərnək üzvləri şairin müxtəlif şeirlərinə bəstələnmiş musiqi nömrəsi ilə də çıxış etdilər.
Sonda məktəbin direktoru Tünzalə Zeynalova çıxış edərək: “Zəmanəmizin aynası, dövrünün əks - sədası, əsrin oğlu olan Sabir sələflərinin yolunu davam etdirərək tariximizdə yeni bir dövr açdı. M. Ə. Sabiri oxudan da sevinir, oxuyan da. Bu baxımdan Sabir kimi şairlərimizi mütaliə etmək, öyrənmək və öyrətmək bir azərbaycanlı kimi hər birimizin borcudur.” söylədi.