Qiymətləndirmə

IV siniflərdə oxuma – anlama bacarıqları üzrə qiymətləndirmə davam edir. 28 mart 2018 – ci il tarixində şagirdlərdə oxuma – anlama bacarıqlarının inkişaf etdirilməsi məqsədilə IV sinif şagirdləri ilə “Fotokamera və fotoqrafiya”hekayəsi üzərində növbəti qiymətləndirmə aparıldı.

Şagirdlər, əvvəlcə insanların XIX əsrə aid olan ən maraqlı kəşflərindən biri olan foto sənətinin yaranması, əvvəlki fotokamera ilə müasir fotokameranın iş prinsipi arasındakı fərq haqqında, hazırda fotokameraların əksəriyyətində müxtəlif şəraitdə şəkil çəkməyə imkan verən qurğuların olması haqda məlumat əldə etdikdən sonra, müzakirələr apardılar.

Sonda mətnə aid oxuma – anlama bacarıqlarını inkişaf etdirən 13 açıq tipli sual şagirdlər tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi