I sinfə sənəd qəbulu davam edir
16 mart 2018 – ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2018 – 2019 – cu tədris ilində I sinifdə oxuyacaq şagirdlərin qəbul olunmuş elektron ərizələrin təsdiq olunması davam edir. Məsul şəxs təlim – tərbiyə işləri üzrə direktor müavini Sevinc Musayeva, əlaqələndirici Sevər Bağırovadır. Ümumilikdə 163 şagirddən 131 nəfərinin (azərbaycan bölməsi üzrə 132 nəfər şagirddən 107 nəfərinin, rus bölməsi üzrə 31 nəfər şagirddən 24 nəfərinin şagirdin) sənədləri təsdiq edilmişdir. Şagirdlərin uyğun sənədləri qəbul və təsdiq edildikdən sonra valideynlərə qəbz təqdim edildi.
Uğurlar, uşaqlar!