Voleybol dərnəyində

      Şagirdlərin asudə vaxtının  səmərəli təşkili məqsədilə məktəbdə təşkil olunmuş dərnəklərin mühüm rolu vardır.

      15 mart 2018- ci il tarixində keçirilən növbəti məşğələ dərnək rəhbəri Nailə Məmmədovanın voleybol oyunu zamanı topdan istifadə etmə elementləri ilə bağlı məlumatlar verərək nümunələr göstərməsi ilə başlandı. “Voleybol” dərnəyinin üzvlərindən ibarət  “Lənkəran”  və  “Qarabağ”  komandaları arasında yarış keçirildi. Gərgin və maraqlı şəraitdə keçən oyun “Qarabağ” komandasının qələbəsi ilə tamamlandı.

    Oyunun sonunda qalib komandanı təbrik edən məktəb rəhbərliyi və dərnək rəhbəri idmanın sağlam həyat tərzinin formalaşdırılmasında,  məktəblilərin zərərli vərdişlərdən qorunmasında mühüm rolundan danışaraq şagirdlərə uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi