Qarabağ atları

    “Təhsildə keyfiyyət ili” çərçivəsində IV sinif şagirdlərinin oxuma – anlama, sərbəst fikir yürütmə bacarıqlarının inkişaf dinamikasının izlənilməsi məqsədilə 06 mart 2018 – ci  il tarixində növbəti qiymətləndirmə aparıldı. Şagirdlər bu dəfə atçılıq haqqında ilk təsəvvürü Azərbaycan ərazisində eramızdan əvvəl V minillikdə Muğan düzündə Əliköməktəpə adlanan ərazidən tapılmış əhilləşdirilmiş at ( ev atı) sümükləri əsasında  yarandığını “Qarabağ atları” hekayəsi ilə tanış olduqdan sonra öyrəndilər.  Hekayənin müzakirəsinə qoşulan şagirdlər Azərbaycanda əsrlər boyu müəyyən təbii – tarixi şəraitin təsviri ilə həyat tələbatının dəyişməsi nəticəsində bir sıra yerli at cinslərinin yaranması, “Ərəb”, “Don”,”Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atlarının da xüsusi yer tutması haqqında xeyli bilgilər əldə etdilər.

    Sonra mətnə aid oxuma – anlama bacarıqlarını inkişaf etdirən 7 açıq tipli sual şagirdlər tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi