Nümunə dərs

   09 mart 2018 – ci il tarixində ibtidai sinif müəllimi Məryəm Hüseynovanın 2d sinfində Həyat bilgisi fənnindən “İlin fəsilləri” mövzusunda nümunə dərsi oldu. Dərsdə məktəb rəhbərliyi və müəllimlər də iştirak etdi. Müəllimə elektron resurslardan məqsədəuyğun istifadə etməklə şagirdlərin məntiqi düşünmə və əməkdaşlıq etmə, yaradıcı tətbiqetmə vərdişlərini inkişaf etdirdi. Şagirdlər qruplarla iş formasında “Fəsillər niyə dəyişir?” tədqiqat sualını araşdırıb, bir – birindən maraqlı təqdimatlar etdilər. İlin fəsillərinin təqdimatı zamanı şagirdlər “Kosa-Kosa” oyununu göstərməklə təbiətin oyanışını canlandırdılar.

    Nümunə dərsin təhlili zamanı dərsin müsbət cəhətləri qeyd olunmaqla yanaşı, müvafiq metodiki tövsiyələr də verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi