Metodbirləşmə iclası
Məktəbin fəaliyyət planına uyğun olaraq “Təhsildə keyfiyyət ili” çərçivəsində fənn aylıqlarının keçirilməsi istiqamətində mart ayında coğrafiya fənninin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulur. 02 mart 2018 – ci il tarixində coğrafiya fənn metodbirləşməsinin iclası oldu. İclasda aylıq müddətində görüləcək işlərin müzakirəsi keçirildi.
“Təhsildə keyfiyyət ili” çərçivəsində dəyirmi masa, elmi – praktik konfrans, nümunə dərslərin keçirilməsi haqqında qərarlar qəbul edildi.