Fövqəladə hallar zamanı davranış qaydaları

28 fevral 2018 – ci il tarixində Binəqədi Rayon Dövlət  Yanğından Mühafizə hissəsi tərəfindən məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları” haqqında maarifləndirici tədbir keçirildi. Tədbirdə Azərbaycan Respubilkası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən rəis müavini,daxili xidmət mayoru Ceyhun Zahidov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etdilər.

Tədbir açıq havada keçirildi. Binəqədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin çıxış edən nümayəndələri yanğın texnikasının ən geniş tətbiq olunan növü yanğın avtomobillərini, yanğınların söndürülməsində istifadə olunan yanğın texniki alətlərini, xilasedici və kəsici – ayırıcı avadanlıqlarını nümayiş etdirdilər və istifadəsi ilə bağlı ətraflı məlumat verdilər.

Tədbirin sonunda yanğın zamanı xilasetmə tədbirləri ilə bağlı müəllimlərin və şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi