“Ən yaxşı təqdimat” müsabiqəsi
28 fevral 2018 – ci il tarixində Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi, müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin 95 – ci ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi məqsədilə IX - XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəb mərhələsi keçirildi.
Şagirdlər müsabiqənin keçirilmə qaydaları, qiymətləndirmə meyarları ilə təkrar məlumatlandırıldı.
Müsabiqənin mütəşəkkil keçirilməsi üçün yaradılmış komissiya üzvləri tərəfindən “Ən yaxşı təqdimat” müsabiqəsi çərçivəsində şagirdlərin təqdimatları dinlənildi.
XIa sinif şagirdi Abbasova Aytac Sahib qızının təqdimatı fərqləndiyinə görə rayon mərhələsində iştirak hüququ qazandı.
Şagirdimizi təbrik edir və uğurlar diləyirik.