Birinci dərslər Xocalı faciəsinə həsr olundu

  Ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğidir.

   26 fevral 2018 – ci il tarixində məktəbdə I – XI siniflər üzrə birinci dərslər  “Xocalı qan yaddaşımızdır”  mövzusunda oldu.  Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Xocalı qətliamı, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər haqqında danışdılar, videogörüntülər nümayiş olundu. Xocalı faciəsinin qurbanlarının xatirəsinə Bakıda abidə ucaldılması və hər il minlərlə insanın ziyarətgahına çevrilməsi haqqında ətraflı məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi