Dünya, Xocalını tanı!!!

“26 Fevral Xocalı soyqırımı”nın 26 – cı ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq 23 fevral 2018 – ci il tarixində məktəbin müəllimi Hicran Əliyevanın təşkilatçılığı ilə “Dünya, Xocalını tanı!!!” adlı ümumməktəb tədbiri keçirildi. Tədbir dövlət himninin səslənməsi ilə başlandı.

Şagirdlər Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı hadisələrini öz şeirlərində, çıxışlarında, fləşmoblarında, səhnəciklərində canlandırdılar.

Təqdim etdikləri fləşmobda məktəblilər erkən dünyasını dəyişmiş uşaqların yarımçıq qalmış arzularını canlandıraraq “Biz yaşamaq istəyirdik!”, “Dünya, Xocalını tanı!”, “Xocalıya ədalət!” şüarları ilə çıxış etdilər.

Xocalı soyqırımının bir qətliam olmasını tədbir iştirakçılarına çatdırmaq üçün “Bir ailənin faciəli sonu” səhnəciyində məhv edilimiş ailələrin  taleyi nümayiş etdirildi.

Tədbirin sonunda çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova bildirdi ki, Cənab Prezidentimizin uğurlu siyasəti nəticəsində bu gün Lələtəpədə sancılan bayrağımızın sabah Şuşada, Xocalıda dalğalanacağına,  Cocuq Mərcanlıda möhtəşəm qayıdışın başlanğıcının işğal olunmuş torpaqlarımızda davamı olacağına inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi