Qabaqcıl təcrübə

Fənn aylıqları çərçivəsində dərsdinləmələr davam edir. 22 fevral 2018 – ci il tarixində fizika  müəllimi Solmaz Babayevanın 8b sinfində “Elektrik yükünün saxlanması qanunu”, biologiya müəllimi Xuraman Rzayevanın  9c sinfində “Təbii seçmə və orqanizmlərin inkişaf şəraitinə uyğunlaşması” mövzusunda nümunə dərsləri dinlənildi. Hər iki müəllimin  dərsi motivasiyanın, tədqiqat suallarının məqsədəuyğunluğu, təlim tapşırıqlarının problemin həllinə istiqamətləndirilməsi və şagirdlərin potensial inkişafına uyğunluğu, şagirdlərin  təhlil və təqdimetmə bacarığı baxımından zəngin və rəngarəng idi. Dərsin mərhələlərində elektron resurslardan, müxtəlif təcrübi vasitələrdən istifadə olundu.

Məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə dinlənilən dərslər müzakirə olundu və qabaqcıl təcrübələrin yayılması, fənnin tədrisi keyfiyyətinin artırılması, müəllim peşəkarlığının öyrənilməsi baxımından nümunə dərslərin əhəmiyyəti vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi