Şəhid şəhər -  Xocalı

22 fevral 2018 – ci il tarixində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə bağlı məktəb kitabxanasında “Şəhid şəhər – Xocalı” adlı bədii qiraət gecəsi keçirildi. İştirakçılar Xocalı soyqırımından bəhs edən elmi kitabların sərgisi ilə tanış oldular. Tədbir qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Aparıcılar qan yaddaşımızla bağlı ətraflı məlumatlar verdilər, faciənin səbəb və nəticələri haqqında çıxışlar etdilər. VII sinif şagirdləri Mirvarid Dilbazinin “Xocalı fəryadı” dramından ədəbi kompozisiyalar təqdim etməklə o gecənin necə də dəhşətli olduğunu bir daha əks etdirdilər. Tədbir boyu Xocalı soyqırımına həsr olunmuş film və videoçarxlar nümayiş olundu.

   Belə tədbirlərin keçirilməsində məqsəd şagirdlər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi