IV siniflərdə qiymətləndirmə

“Təhsildə keyfiyyət ili” çərçivəsində IV sinif şagirdlərinin oxuma – anlama, sərbəst fikir yürütmə bacarıqlarının inkişaf dinamikasının izlənilməsi məqsədilə 21 fevral 2018 – ci il tarixində növbəti qiymətləndirmə aparıldı.

Şagirdlər bu dəfə mexaniki maşınla kağız üzərinə hərflərin köçürülməsi metodunun kəşfi ilə bağlı hekayə ilə tanış oldular. Hekayənin müzakirəsindən  sonra onlar mövzuya aid tərtib edilmiş 11 açıq tipli sualı cavablandırdılar.

Təhsilin səmərəlilik və effektivliyinin yüksədilməsi, şagirdlərin dövrün tələbinə uyğun keyfiyyətli təhsillə əhatə olunmasının təmin edilməsi baxımından oxuma – anlama bacarıqlarının izlənilməsinin davamlı olması nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi