Ana dilim – Varlığım Mənim

20 fevral 2018 – ci il tarixində məktəbin ibtidai sinif müəllimi Afiqə Kərimovanın təşkilatçılığı ilə “Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş “Ana dilim – Varlığım Mənim” adlı ədəbi – bədii tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Fərman Abdullayev, məktəbin müəllim, valideyn və şagird kollektivi iştirak edirdi. Məktəblilər dahi şairimiz Nizami Gəncəvidən Bəxtiyar Vahabzadəyə qədərki mütəfəkkirlərin ana dili ilə bağlı müdrik kəlamlarını söylədilər. Tədbir boyunca ana dili haqqında şifahi xalq ədəbiyyatından nümunələr, mahnılar, şeirlər ifa olundu. Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin dili ilə ana dilinin saflığının qorunmasını əks etdirən səhnəciklər təqdim olundu.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin ana dilinə olan sevgisini, gənc nəslə doğma dilin zənginliyini və özəlliyinin qorunub saxlanmasını əks etdirən videoçarxlar nümayiş etdirildi. Tədbir şagirdlərin ana dili andı ilə başa çatdı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Fərman Abdullayev, məktəbin direktoru Tünzalə Zeynalova maraqlı və məzmunlu çıxışlarına görə şagirdlərə təşəkkür edərək onlara doğma dilimizi sevməyi, göz bəbəyi kimi qorumağı tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi