Məktəbəhazırlıq qrupunun uşaqları təlim prosesində
15 fevral 2018 – ci il tarixində məktəbəhazırlıq qruplarının (Azərbaycan bölməsi üzrə 4 qrup) ilkin hesablama bacarıqlarının, məntiqi və riyazi təfəkkürün inkişafı səviyyəsinin öyrənilməsi məqsədilə təlimləri dinlənildi. Hər 4 qrupda məşğələnin mövzusu “Bir fiqurdan başqa fiqurun düzəldilməsi” idi. Verilmiş nümunələr əsasında uşaqlar fərdi və kollektiv iş forması şəklində həndəsi fiqurlardan istifadə etməklə müxtəlif yeni fiqur və əşyalar düzəltdilər. Kiçikyaşlı uşaqlar əşyalar, rəqəmlər və işarələrlə sadə riyazi əməliyyatlar və konstruktiv bacarıqlarını nümayiş etdirdilər.
Təlimin sonunda uşaqların bilik və bacarıqlarını yoxlamaq məqsədilə dərketmə mərhələsi aparıldı.