IX sinif şagirdləri fizika, biologiya, kimya dərslərində

    Məktəbin fəaliyyət planının 1.1.13 – cü bəndinə uyğun fənn aylıqları çərçivəsində 14 fevral 2018 – ci il tarixində IX sinif şagirdlərinin kimya,  fizika,  biologiya fənlərindən bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi məqsədilə dərslər dinlənildi.  IX a sinfində kimya müəllimi Mehriban Tahirlinin  “Nitrat turşusu”,  həmin sinifdə biologiya müəllimi Nəzakət Məmmədlinin “Mikrotəkamül. Yeni növlərin əmələ gəlməsi”, biologiya müəllimi Aygün İsrafilovanın IXb sinfində  “Təbii seçmə və orqanizmlərin mühit şəraitinə uyğunlaşması”, fizika müəllimi Aidə Həsənovanın həmin sinifdə “ İşığın sınma qanununa aid məsələ həlli” mövzusunda dərsləri müasir təlim metod və texnologiyalarının tətbiqi, müəllimlərin səriştəliliyi, peşəkarlıq səviyyəsi haqda məlumatın toplanması, şagirdlərin müstəqillik, dərketmə qabiliyyəti, idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim - şagird münasibətlərinin təhlili baxımından fərqlənən dərslər idi.

  “Təhsildə keyfiyyət ili” çərçivəsində təhsilin keyfiyyətində nəzarət mexanizmini təkmilləşdirmək, təhsilin səmərəliliyini artırmaq istiqamətində fənn aylıqlarının keçirilməsi və dərsdinləmələrin təşkili mühüm rol oynayır.  14 fevral 2018 – ci il tarixində məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən dinlənilən dərslər təhsilə verilən günün tələbləri baxımından təhlil olunaraq müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi