Dünya ədəbiyyatından nümunə - Jül Vern
Məktəb kitabxanasında fəal oxucuların iştirakı ilə 12 fevral 2018-ci il tarixində dünya ədəbiyyatı xəzinəsinə bir – birindən qiymətli romanlar bəxş etmiş fransız yazıçısı Jül Vernin 190 illiyi münasibətilə kitab müzakirəsi təşkil olundu. IXa sinif şagirdləri yazıçının yaradıcılığı ətrafında müzakirə və fikir mübadiləsi apardılar. Jül Vernin “Kapitan Qrantın uşaqları” romanı müzakirə olundu.
Sonda oxucular romanın əsasında çəkilmiş filmdən fraqmentlərə tamaşa etdilər.