Dərsdinləmələr davam edir

Məktəbin fəaliyyət planına müvafiq olaraq fənn aylığı çərçivəsində fizika, kimya, biologiya fənləri üzrə dərsdinləmələr davam edir. 09 fevral 2018 – ci il tarixində kimya fənnindən Mehriban Tahirlinin 9a sinfində “Ammonium duzları”, fizika fənnindən Aidə Həsənovanın 9ç sinfində, Solmaz Babayevanın 9a sinfində “İşığın sınması və sferik güzgüdə xəyalın qurulmasına aid məsələ həlli”, Narıngül Səfərovanın 8ç sinfində “ Keçiricilər və dielektrik”, Bilqeyis Sadıqovanın 7ç sinfində “Mayelərin təzyiqi”, biologiya fənnindən Aygün İsrafilovanın 6ç sinfində “Bitkilərin yeraltı qidalanması”, Siranə Əliyevanın 6d sinfində “Bitkilərin tənəffüsü” mövzusunda dərsləri dinlənildi. Dinlənilən dərslər məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi, resurslardan məqsədəuyğun istifadə edilməsi, qiymətləndirmənin meyarlara uyğun aparılması baxımından biri – birindən fərqlənirdi.

Məktəb rəhbərliyi, fənn müəllimləri dinlənilən dərsləri elmi və metodiki cəhətdən təhlil etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi