Nümunə dərslər

       Məktəbin fəaliyyət planının 1.1.13 – cü bəndinə müvafiq olaraq fənn aylığı çərçivəsində kimya və biologiya fənləri üzrə dərslər dinlənilir. 08 fevral 2018 – ci il tarixində kimya fənnindən Vüsalə Səfərlinin 9b sinfində “Ammonium duzları”, Naibə Qurbanovanın 7b sinfində “Oksigen. Oksigenin alınması və xassələri”, biologiya fənnindən Nəzakət Məmmədlinin 7çsinfində “Parazit qurdlar və onlarla mübarizə”, Zərnişan Rüstəmovanın 8ç sinfində “Vitaminlər”, Xuraman Rzayevanın isə həyat bilgisi fənnindən 8c sinfində “İnsanlararası münasibət” mövzusunda nümunə dərsləri dinlənildi. Motivasiyanın, tədqiqat suallarının  məqsədəuyğun qoyulması şagirdləri tədqiqatçılığa yönəltdi.  Məlumat mübadiləsi mərhələsi zamanı şagirdlərin təhliletmə və təqdimetmə bacarıqları üzə çıxdı.

        Dərsdə iştirak edən gənc müəllimlər təhlil zamanı qabaqcıl təcrübədən faydalandıqlarını və öyrəndiklərini öz işlərində tətbiq edəcəklərini bildirdilər.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi