Dərsdinləmə

Məktəbin fəaliyyət planına müvafiq olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə  imkanlarının artırılması, onlarda əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə biologiya fənninin tədrisi vəziyyətinin öyrənilməsi aylığı çərçivəsində biologiya dərsləri dinlənildi.

07 fevral 2018 – ci il tarixində Fatma Tanrıverdiyevanın 6c sinfində “Heyvanlarda -  canlı orqanizmlərdə hərəkət və dayaq sistemi”,  Hicran Əliyevanın 6b sinfində “Bitkilərin havadan qidalanması.  Fotosintez”,  Nəzakət Məmmədlinin 9a sinfində “Yaşayış uğrunda mübarizə” mövzusunda dərsləri dinlənildi. Müəllimlər dərslərində fəal təlim forma və üsullarından, elektron resurslardan məqsədəuyğun istifadə edərək qarşıya qoyulmuş məqsədə nail oldular.

Məktəb rəhbərliyi, fənn müəllimləri dinlənilən dərsləri təhlil edərək müvafiq tövsiyələr verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi